Siyasət
Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
Son günlər adı bir çox qalmaallarda hallanan Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı hüquqi işləmlərin aparıldığı deyilir. Vertikal.Az-a daxil olan son məlumatlardan isə bəlli olur ki, Əli Həsənov həqiqətən də çətin bir dönəmlərini yaşayır və hətta həbs təhlükəsi ilə də üz-üzədir.
Bu arada isə Əli Həsənov daha bir qəraı ilə diqqətə gəlib.
Belə ki, Vertikal.Az-a danışan mənbə iddia edir ki, PA-nın sabiq şöbə müdiri gələn aydan media ilə bağlarını birdəfəlik qoparmağı qərarlaşdırıb. Söhbət Əli Həsənovun həyat yoldaşının rəhbrəlik etdiyi "Kaspi" və "Kaspiy" qəzetlərinin, kaspi.az saytının və digər media quruluşlarının qapadılmasından gedir.
Məlumatı verən mənbə iddia edir ki, bayramdan sonra Əli Həsənova aid media quruluşlarında çalışanlara birdəfəlik əlvida deyiləcək.
Xatırladaq ki, bu ilin əvvəlində KİVDF tərəfindən yuxarıda adları çəkilən KİV-lərin maliyyələşdirilməsi də dayandırılmışdı. Bundan sonra isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva Prezidentə müraciət etmişdi. Lakin bu müraciətə müsbət bir yana, heç bir reaksiya verilməmişdi.
Daha çox xəbər:
Daha bir media orqanı Əli Həsənovdan alındı - GƏLİŞMƏ
İşdən çıxarılan şöbə müdiri dələduz olub? – Nazirlik açıqladı
“Eldar Həsənovun adını məqsədli şəkildə hallandırırlar”- Prezident Administrasiyasına rəhbər gətirilməsi xəbərinə reaksiya
ŞOK İDDİA! Azərbaycanda kişi həyat yoldaşını dar ağacından asdı - FOTOLAR
"Gilan Seramik" zavodunda nə baş verir - İTTİHAM