Siyasət
17:43, 01 Haziran 2020

“Əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir” - AÇIQLAMA

“Əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir” - AÇIQLAMA
Milli Məclisin iclasında deputat Aqil Abbas Ağcabədidə 35 kitabxana işçisinin ixtisarı barədə qərar qəbul edildiyini deyib.

Oxu.Az-ın xəbərinə görə, A.Abbas bildirib ki, Prezident pandemiya dövründə işçilərin ixtisar olunmamasını desə də, bəziləri buna əməl etmirlər.

Deputat iki nazirliyə də müraciət edib:

“Ağcabədi rayonuna əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub?

Hazırda mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Ona və Maliyyə Nazirliyinə müraciət edirəm. Kitabxanalarla işiniz olmasın. Allaha and olsun, ixtisar olunası o qədər yer var”.
Digər xəbərlər: