Siyasət
11:06, 14 Temmuz 2020
108
0

MN: Ermənilər yenidən Tovuzun iki kəndini atəşə tutub

MN: Ermənilər yenidən Tovuzun iki kəndini atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
Digər xəbərlər: