Siyasət
Dövlət Əmlak Xidmətində - YENİ TƏYİNAT
Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb. Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.
Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.
Yeni təyinatından əvvəl C.Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışırdı.