Siyasət
İlham Əliyev “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verdi.
Bildirildi ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı istehsalı və sair qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda, rayonda işsiz və işaxtaranlar fəal məşğulluq proqramlarına da cəlb olunurlar.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.
Qeyd olundu ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək “DOST Evi” əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
11:28
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.
Daha çox xəbər:
Dövlət Sosial Müdafiə Fondunun Bakıda iki qurumu yaradılıb
Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL
Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİ
İlham Əliyev Sevda Ələkbərzadəyə ev verdi
Nazirdən saxta yolla sosial müavinət almağa çalışanlara - XƏBƏRDARLIQ