Siyasət
KTN-də yeni həbslər qaçılmazdır... - İTTİHAM
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin “Aran Regional Mərkəzi”nin direktoru Hikmət Ağayev hələ də köhnə vərdişlərindən əl çəkməyib.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ortaya qoyulan qətiyyətli iradə ilə həyata keçirilən islahatların tərkib hissəsi olaraq gücləndirilən antikorrupsiya tədbirləri bütün dövlət və hökumət strukturlarını, o cümlədən, xalq təsərrüfatının prioritet sahəsi hesab olunan aqrar sektoru da əhatə edib. Dövlətimizin başçısının yüksək etimad göstərdiyi, reputasiyası təmiz dövlət qulluqçularından olan kənd təsərrüfatı naziri cənab İnam Kərimovun ətrafının bu sistemə soxulmağa müvəffəq olmuş təsadüfi kadrlardan təmizlənməsi prosesi insanlarda bu sahədə tezliklə nəzərəçarpan irəliləyişlərə nail olunacağına ümid yaradıb.
Belə ki, az öncə kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb, ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər. Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər. Onların qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.
Bundan bir az əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsində Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin icrası zamanı ayrılmış pulların nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı cinayət işi üzrə daha bir məhkəmə prosesi olub. İttihama görə, layihələrə ayrılan vəsaitlər vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif banklarda olan hesablara köçürülərək nağdlaşdırılıb. İttihamda ümumi dəymiş zərər 420 min manat göstərilib.
Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ciddi araşdırılması gərəkən struktur vahidlərindən biri KTN – nin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Beyləqan rayonundakı “Aran Regional Mərkəzi”nin direktoru Hikmət Ağayevdir.
İl yarım öncə Hikmət Ağayevin bir sıra qanunsuz əməllərindən bəhs edən yazılar dərc etmişdik. O vaxt Beyləqan rayonunun “Dostluq” Damazlıq Birliyi Sovxozunun (“Aran Regional Mərkəzi”nin sələfi – red.) bir qrup sakini Hikmət Ağayevin sovxoza aid olan torpaq sahələrini rüşvət müqabilində başqa – başqa şəxslərın istifadəsinə verməsini dilə gətirərək Prezident İlham Əliyevə və digər aidiyyəti üzrə səlahiyyətli orqanlara müraciət etmişdilər. Sovxoz camaatı yazırdılar ki, Hikmət Ağayevin bütün qanunsuz əməllərinin arxasında KTN – nin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov dayanıb. Tutarlı səbəb də göstərilmişdi: Qohumbazlıq – Anar Hüseynov ona görə havadarlıq edirmiş ki, Hikmət Ağayevin baçısı qızı onun həyat yoldaşıdır. Yəni, Hikmət Ağayev Anar bəyin xanımının dayısıdır. Başqa sözlə, Hikmət Ağayev Anar bəyin də “day-dayısı” düşür.
Hələ o dönəm yazdığımız tənqidi məqalələrə görə Anar Hüseynov bir çox nüfuzlu şəxslərə “çıxaraq” bizə təsir etməyə də çalışdı ki, yazıları saytdan çıxaraq. Hətta bir çox tanınmış sayt rəhbərlərini də DTX-yə çağırtdıraraq sorğulatdırdı da (Həmin vaxt saytımızın baş redaktoru Ramin Məhəmmədoğlu da adıçəkilən qurum tərəfindən sorğuya cəlb edilmişdi). Bununla belə Anar Hüseynov məqsədinə çata bilməmişdi.
Budəfəki yazımızda məqsədimiz Anar Hüseynovun köhnə işdəycələrinə yenidən işıq salmaq deyil. Söz yox ki, həmin yazılarımızdan sonra nə qədər təccüblü olsa da, KTN rəhbəri yazıların səngiyəcəyi ümidiylə Anar Hüseynovu özünə müşavir təyin etdi. Düzdür, o vaxt nazir İnam Kərimov “Aran Regional” İdarəsinin direktoru Hikmət Ağayevi vəzifədən kənarlaşdırsa da, üstündən bir neçə ay keçməmiş Hikmət Ağayev yenidən işinin başına döndü.
Bu günləridə Beyləqan rayonundan RealMedia.az saytı redaksiyasına Hikmət Ağayevin qanunsuz əməllərini əks etdirən məlumatlar daxil olub. Onlardan birini – Beyləqan rayon sakini, 30 ilə yaxın bir dövrdə “Dostluq” Damazlıq Birliyində müxtəliv vəzifələrdə işləmiş Tarverdiyev Məmməd Tarverdi oğlunun ölkə Prezidenti İlham Əliyevə ünvanladığı açıq müraciəti dərc srağagün nöqtəsinə-vergülünə toxunmadan dərc etmişdik. Həmin müraciətnamədə Hikmət Ağayevin bir sıra qanunsuz əməllərindən bəhs olunurdu. Həmin əməllərdən biri də o idi ki, H. Ağayev sovxoza məxsus torpaq sahələrini təmənna müqabilində kənar şəxslərə verərək, çüğundur və darı əkdirir. Məzh bu günlərdə əldə etdiyimiz digər məlumatlarda qeyd olunur ki, H.Ağayev Beyləqanda Haramı adlanan ərazidən 20 hektara yaxın torpaq sahəsini Allahyarlı kənd sakinlərinə, digər 10 hektara yaxın ərazini isə Xocavənd rayon sakininə verib. Hansı ki, bu şəxslər “Dostluq” Damazlıq Birliyində işləməyiblər.
Görünən odur ki, H.Ağayev bu gün də öz köhnə əməllərini davam etdirir və arxasında yenə nazir müşaviri olan kürəkəni Anar Hüseynov dayanıb. Narazı Sovxoz sakinləri açıq bildirirlər ki, H.Ağayevin qoluna qandal taxmağın zamanıdır. Hələ bu tədbir gecikib.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!
RealMedia.az