Siyasət
Fazil Məmmədovun "başsız qoyduğu" federasiyanın idmançılarından BİABIRÇI NƏTİCƏ
Şose velosipedi üzrə Azərbaycan yığmasının beynəlxalq yarışlara qayıdışı reallaşıb.
Unikal.org-un məlumatına görə, idmançılarımız Türkiyədə təşkil olunan Develi Qran-Prisində qüvvəsini sınayıb.
1.2 kateqoriyalı yarışa baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qatılan yığmamız uğursuzluqla üzləşib. Təmsilçilərimizdən yalnız Musa Mikayılzadə 121,5 km məsafəni qət edə bilib. Qalibdən 20 dəqiqə 2 saniyə geri qalan idmançımız 15-ci yeri tutub.
Samir Cəbrayılov, Şahin Eyvazov, Nəcəf Bağırov və Mahmud Məmmədov yarıyolda qalaraq finişə çatmayıb. Elçin Əsədov isə diskvalifikasiya edilib.
Xatırladaq ki, Velosiped Federasiyasının rəsmi rəhbəri sabiq vergilər naziri Fazil Məmmədov olsa da, qurum vitse-prezident Sahib Ələkbərov tərəfindən idarə edilir.
Daha çox xəbər:
Novruz Məmmədovun istefa səbəbi açıqlandı
Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb
Ziya Məmmədovun şeirləri üzə çıxdı: “Yoldur, yola ver, getsin...”
Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı: Varis planı işə salınır - Şok səs yazısı
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb