Siyasət
10:47, 24 Eylül 2020

Sabiq deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

Sabiq deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?
Ramiz Mehdiyev yaxın qohumlarını diplomatik xidmətdə yüksək vəzifələrə yerləşdirib. Azərbaycanın Cenevrədəki BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Vaqif Sadıqovun təqdimatı ilə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin xalası oğlu Seymur Mardaliyev Nümayəndəlikdə müşavir vəzifəsinə təyin olunub.

İnformasiyaya əsasən, Vaqif Sadıqovun digər təqdimatı ilə Seymur Mardaliyevin xanımı Mərziyyə Mardaliyeva həmin Nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib. Haqqında danışılan bu təyinatlar Elmar Məmmədyarovun xarici işlər naziri postundan uzaqlaşdırılmasından əvvəl baş tutub. Vaqif Sadıqovun bu təqdimatları məhz Ramiz Mehdiyevin istəyi əsasında verdiyi bildirilir.

Qeyd edək ki, Ramiz Mehdiyevin kadrı kimi tanınan və buna qədər Azərbaycanın İtaliyadakı səfiri postunu tutan Vaqif Sadıqov o dövrdə səfirliyin büdcəsi ilə bağlı maliyyə qalmaqalına səbəb olmaqla da gündəmə gəlmişdi. Başqa məlumata görə, Vaqif Sadıqovun xanımı yaşadıqları ölkədə fəaliyyət göstərən xarici təşkilatların birində işə düzəlib. Hər halda, bunun “Diplomatik xidmət haqqında” qanuna uyğun olub-olmadığı ciddi araşdırma mövzusudur.

Qeyd edək ki, bir çox qalmaqal və cinayətdə adı hallanan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın da gözlənilmədən səfir təyinatının Ramiz Mehdiyevin diqtəsi ilə həyata keçirilməsi haqqında məlumatlar yayılıb.Yenicag
Digər xəbərlər: