Siyasət
11:27, 06 Ekim 2020

Prezident İlham Əliyevin bəyanat və müsahibələri Misir KİV-lərində geniş işıqlandırılıb

Prezident İlham Əliyevin bəyanat və müsahibələri Misir KİV-lərində geniş işıqlandırılıb
Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aljazeera”, “Əl-Ərəbiyə” televiziya kanallarına müsahibələri, həmçinin dövlətimizin başçısının xalqa müraciəti Misir KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları AZƏRTAC-a istinadla “Prezident İlham Əliyev: Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik” və “Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü bərpa edəcəyik!” sərlövhəli xəbərlər yayıblar.

“Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əl- Məcd isə “Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq” sərlövhəli məqalə yazıb.

Misirin “Rayetmısr” informasiya portalı da Azərbaycan Prezidentinin müsahibələri və xalqa müraciətindən sitatları yayıb.

Bundan başqa, “Almasryalyoum” portalı Misirdəki Azərbaycan diasporunun sədri Seymur Nəsirovun Ermənistanın hərbi təxribatları haqqında bəyanatını yerləşdirib.
Digər xəbərlər: