Siyasət
Albaniya Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Azərbaycan səfiri Anar Hüseynov etimadnaməsini Albaniya Prezidenti İlir Metaya təqdim edib.
“Report” xəbər verir ki, Albaniya dövlətinin başçısı ölkələr arasında siyasi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək Albaniyanın xüsusilə energetika, turizm və kənd təsərrüfatı sahələrində Azərbaycan investisiyalarına marağını vurğulayıb.
İ.Meta Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan danışıqlar çərçivəsində sülh yolu ilə həllinə dəstək verməyə sadiqliyini bildirib.
Daha çox xəbər:
Corc Dik: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
İran XİN rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI
Avropa Parlamenti: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır - BƏYANAT