Siyasət
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 1-dək dayandırıb
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırır.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Daha çox xəbər:
Kirayə mənzillərə müraciətin qəbulu və baxılmasi mərhələli həyata keçiriləcək
Təhsil Nazirliyi teledərslərin martın 24-nə olan cədvəlini açıqlayıb
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq? - AÇIQLAMA
Birinci sinfə elektron qeydiyyat dayandırılıb
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA