Siyasət
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - MN
Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, "Zastava M-55" zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Daha çox xəbər:
Döyüş əməliyyatları hansı istiqamətdə davam edir? – MN açıqladı
MN: “Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib”
Düşmənin xüsusi təyinatlı bölməsinin komandiri, alay komandiri və müavinləri, bölük komandiri öldürüldü
Düşmənin sıradan çıxarılan texnikası - SİYAHI
Ermənilərin bu gecə məhv edilən hərbi texnikasının - SİYAHISI