Siyasət
Allahşükür Paşazadənin səhhətində problem yaranıb? – Qardaşından açıqlama
Bir müddətddir, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəni əvvəlki qədər aktiv və mətbuata açıq görmürük. Hətta sosial şəbəkələrdə şeyxin xəstələnməsi ilə bağlı xəbərlər də dolaşmaqdadır.
Sfera.az məsələni araşdırmaq üçün şeyxin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayıb. Deputat bildirib ki, qardaşının səhhəti normaldır, hər şey yolundadır:
"Şeyxin səhhətində heç bir problem yoxdur, hər şey öz qaydasındadır. O öz işlərində həmişə olduğu kimi indi də aktivdir. Hazırda ölkəyüklü bir məsələnin işıqlandırılması ilə bağlı xarici ölkələrlə danışıqlar aparır".
Qeyd edək ki, Allahşükür Paşazadə ən son 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü xalqı təbrik edib. Ondan əvvəlki ayda, eləcə də yeni ildən etibarən şeyxdən səs-soraq yoxdur.
Daha çox xəbər:
Siyavuş Novruzov: “İlham Əliyevin səhhətində heç bir problem yoxdur” – “Bu cür yalan məlumatları yayanlar düşmənlərdir”
Deputat səhhətindən danışdı: "Bütün qohumlarım hamısı dəyib bir-birinə"
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama
Virusa görə “Semaşko”da yatanlarla bağlı - AÇIQLAMA
“Hazırda qala divarı normaldır, heç bir problem yoxdur”