Siyasət
Qarabağda hərbi qulluqçumuz həlak olub, iki yaralı var
Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.
Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!