Siyasət
15:51, 13 Nisan 2021

Prezident: “Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür”

Prezident: “Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür”



“Müharibədən sonra yalnız bir Avropa İttifaqı ölkəsinin xarici işlər naziri Azərbaycanla bağlı yersiz açıqlama verib”.

bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının yalnız bir üzv dövləti - Lüksemburq müharibə dövründə və ondan sonra Azərbaycana qarşı tənqidlə çıxış edib:

“Bütün bunlar bütövlükdə Aİ-yə münasibətdə dəyişikliklər yaradır. Müharibədən sonra Azərbaycanla bağlı yersiz açıqlamalar verən yalnız bir ölkə var idi. Ancaq səssizliyimizi qoruduq, yalnız Xarici İşlər Nazirliyimiz cavab verdi”, - o deyib.

Müqayisə üçün Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azad etdiyi ərazilər Lüksemburqun özündən dörd dəfə böyükdür.
Digər xəbərlər: