Siyasət
17:02, 13 Ocak 2026

Prezident İlham Əliyev, uzaqgörən və demokratik dövlətçilik məktəbinin banisi

Prezident İlham Əliyev, uzaqgörən və demokratik dövlətçilik məktəbinin banisi
İlk olaraq mübaliğəsiz qeyd etmək istəyirəm ki, Müasir Azərbaycan dövlətinin son onilliklərdə keçdiyi inkişaf yolu, qazandığı tarixi nailiyyətlər və beynəlxalq aləmdə artan nüfuzu Prezident İlham Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, eyni zamanda ideoloji, hərbi, diplomatik və mənəvi müstəvidə də güclü dövlətə çevrilmişdir. Prezident İlham Əliyev müasir dövrün çağırışlarını dərindən anlayan, strateji düşüncə tərzinə malik, milli maraqları qlobal proseslər kontekstində qətiyyətlə qoruyan uzaqgörən dövlət başçısıdır.Prezident İlham Əliyev təkcə ölkə rəhbəri kimi deyil, həm də xalqının taleyini, dövlətin gələcəyini öz üzərinə götürmüş məsuliyyətli və prinsipial lider kimi fəaliyyət göstərir. Onun siyasətinin mərkəzində hər zaman Azərbaycan dövləti və Azərbaycan vətəndaşı dayanmışdır. Dövlət başçısının həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət müstəqil Azərbaycanın möhkəmlənməsinə, institusional əsaslarının gücləndirilməsinə və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət etmişdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji siyasi kursu dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirərək bu xətti yeni məzmun və keyfiyyət mərhələsinə yüksəltmişdir. Heydər Əliyev ideyalarına sədaqət, milli maraqlara bağlılıq, dövlət müstəqilliyinin qorunması və gücləndirilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ideya əsasını təşkil edir. Bu siyasi kursun əsasında güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu konsepsiyası dayanır ki, bu da Azərbaycanın regionun lider dövlətinə çevrilməsini təmin etmişdir.Dövlət başçısının rəhbərliyi dövründə ölkədə ictimai-siyasi sabitlik möhkəmlənmiş, milli birlik və həmrəylik daha da güclənmişdir. Xalq–iqtidar birliyi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından birinə çevrilmiş, bu birlik bütün sınaqlardan üzüağ çıxmağın başlıca təminatı olmuşdur. Prezident İlham Əliyevin xalqla daim təmasda olması, cəmiyyətin problemlərinə həssas yanaşması onun liderlik keyfiyyətlərini daha da möhkəmləndirmişdir.İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan demokratik prinsiplərə sadiq qalaraq hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atmışdır. Qanunun aliliyinin təmin edilməsi, məhkəmə-hüquq islahatları, dövlət idarəçiliyində şəffaflığın artırılması, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetləri sırasında olmuşdur. İnstitusional islahatlar nəticəsində dövlət idarəçiliyi daha çevik, müasir və effektiv xarakter almışdır. Prezident İlham Əliyevin sosial-iqtisadi strategiyası da xüsusi diqqətə layiqdir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi dirçəlişi, infrastruktur layihələrinin icrası və insan kapitalına yönəlmiş proqramlar ölkənin uzunmüddətli inkişafına hesablanmış uzaqgörən siyasətin bariz nümunəsidir. Sosial rifahın yüksəldilməsi, əhalinin məşğulluğunun artırılması, aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial yönümlü dövlət modelinə sadiqliyini aydın şəkildə nümayiş etdirir.Prezident İlham Əliyevin liderlik zirvəsi isə şübhəsiz ki, onun Müzəffər Ali Baş Komandan kimi tarixə düşməsi ilə əbədiləşmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərə Azərbaycanın müasir tarixində yeni bir səhifə açmışdır. İşğal altındakı torpaqlarımızın azad edilməsi yalnız hərbi zəfər deyil, eyni zamanda milli ruhun, tarixi ədalətin və dövlət suverenliyinin tam bərpası deməkdir. Bu Zəfər güclü siyasi iradənin, peşəkar ordunun, möhkəm dövlətçilik ənənələrinin və xalq–lider birliyinin parlaq təcəssümüdür. Prezident İlham Əliyev bu tarixi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın milli ləyaqətini və özünə inamını da bərpa etmişdir. Məhz bu qətiyyətli liderlik sayəsində Azərbaycan regionda yeni siyasi reallıqlar yaratmış, qalib dövlət statusunu möhkəmləndirmişdir.Postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Prezident İlham Əliyevin strateji düşüncəsinin və planlı fəaliyyətinin növbəti sübutudur. Azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, infrastrukturun sürətlə bərpası, “Böyük Qayıdış” proqramının uğurla icrası dövlət başçısının uzaqgörən siyasətinin real nəticələridir. Qarabağ və Şərqi Zəngəzurun ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası Azərbaycanın gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Prezident İlham Əliyev beynəlxalq arenada da Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, prinsipial və nüfuzlu lider kimi tanınır.Onun balanslı, praqmatik və çoxvektorlu xarici siyasəti nəticəsində Azərbaycan etibarlı tərəfdaş, regional və qlobal proseslərdə söz sahibi olan dövlət statusu qazanmışdır. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması bu siyasətin uğurunun bariz göstəricisidir.Bu gün Azərbaycan xalqı əmindir ki, dövlətimizin gələcəyi etibarlı əllərdədir. Prezident İlham Əliyev Heydər Əliyev siyasi irsini qoruyaraq onu müasir dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirən, xalqını Zəfərə və davamlı inkişafa aparan xilaskar liderdir. Onun rəhbərliyi altında Azərbaycan güclü, müstəqil, demokratik və qalib dövlət kimi öz tarixini inamla və qürurla yazmağa davam edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müasir beynəlxalq münasibətlər sistemində artıq klassik anlamda “beynəlxalq hüquq” anlayışı faktiki olaraq öz əvvəlki mahiyyətini itirmişdir. Dövlət başçısının açıq və realist yanaşması ondan ibarətdir ki, bugünkü dünyada əsas müəyyənedici amillər güc balansı, milli maraqlara söykənən əməkdaşlıq, etibarlı müttəfiqlik münasibətləri və qarşılıqlı siyasi, iqtisadi və hərbi dəstəkdir. Prezident İlham Əliyevin “sən gərək özün əmin olasan ki, sən haqq yolundasan” fikri isə bu siyasətin mənəvi və prinsipial əsasını təşkil edir. Yəni güc amili heç vaxt ədalətdən və haqlı mövqedən ayrı düşünülmür, əksinə, haqqın müdafiəsi üçün güclü olmağın zəruriliyini ifadə edir. Son illərdə istər qlobal miqyasda, istərsə də regionumuzda baş verən siyasi proseslər, münaqişələr və geosiyasi toqquşmalar bir daha sübut etdi ki, yalnız beynəlxalq hüquqa arxalanmaqla dövlətin təhlükəsizliyini və maraqlarını qorumaq mümkün deyil. Hadisələrin real gedişi göstərdi ki, güclü dövlətlər yalnız öz milli maraqlarını əsas götürür, beynəlxalq hüquq isə çox vaxt selektiv şəkildə tətbiq olunur. Məhz bu reallıqları vaxtında düzgün qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın gələcəyini idealist yanaşmalara deyil, praqmatik, realist və milli maraqlara söykənən siyasət üzərində qurmuşdur. Bu gün Azərbaycan güclü ordusu, dayanıqlı iqtisadiyyatı, müstəqil siyasi iradəsi və etibarlı beynəlxalq tərəfdaşlıqları ilə regionda söz sahibi olan dövlətdir. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə də aydın şəkildə görüldü ki, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin real alternativi yoxdur. Azərbaycan nə təzyiqlər qarşısında geri çəkildi, nə də milli maraqlarından bir addım belə geri durdu. Əksinə, gücə əsaslanan, amma haqqa söykənən siyasət nəticəsində ölkəmiz yeni reallıqlar yaratdı və bu reallıqları beynəlxalq ictimaiyyətə qəbul etdirdi. Beləliklə, həm dünyada, həm də bölgəmizdə baş verən son hadisələr Prezident İlham Əliyevin strateji baxışının, praqmatik düşüncə tərzinin və mütərəqqi dövlətçilik siyasətinin nə qədər düzgün və zamanın tələblərinə uyğun olduğunu bir daha təsdiqlədi. Bu siyasət Azərbaycanın yalnız bu gününü deyil, gələcək nəsillərin təhlükəsiz və firavan sabahını təmin edən möhkəm təməl üzərində qurulmuşdur.
Sonda, xüsusi vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin uzaqgörən və demokratik dövlətçilik siyasəti Azərbaycanın davamlı inkişafını, ictimai-siyasi sabitliyini, milli təhlükəsizliyini və gələcəyə inamla addımlayan güclü dövlət modelini təmin edən əsas amilə çevrilmişdir.

YAP Saatlı rayonu 15 saylı Ərazi Partiya Təşkilatının sədri
Vüqar MƏMMƏDOV
Digər xəbərlər: