Sosial
Məktəbətrafı ərazilər nəzarətə götürülüb- Rəsmi açıqlama
İlk dərs günü paytaxt ərazisində sərnişin və nəqliyyat sıxlığının idarə olunması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə tədbirləri gücləndirib.
Bu barədə Bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O, qeyd edib ki, fəaliyyət planına uyğun olaraq sıxlıq müşahidə edilməsi proqnozlaşdırılan məktəbətrafı ərazilər əvvəlcədən müəyyən edilib, nəzarətə götürülüb: "Həmin məktəblərin ətrafında yerləşən yol kəsişmələrində svetofor fazalarına müvafiq dəyişikliklər edilmiş, dayanma-durma qaydalarına nəzarətin gücləndirilməsi məqsədi ilə əməkdaşlar cəlb edilib.
Sıxlıq müşahidə edilən ərazilərdən keçən marşrut xətt avtobuslarının fəaliyyətinin təşkili istiqamətində də bir sıra tədbirlər icra edilib. Daşıyıcılar, xətt dəstə rəisləri və dispetçerlər ərazi üzrə təhkim edilib. Verilən tapşırıqların icrasına nəzarət məqsədi ilə Agentliyin mobil qrupları tərəfindən ərazidə montorinqlər keçirilir".
M.Ağayev bildirib ki, səhər saatlarında paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq halları müşahidə edilib: "Lakin həyata keçirilən tədbirlər (mümkün olan yerlərdə yaşıl dalğa tətbiq etməklə) sayəsində hərəkətin normal təşkili təmin olunub.
Bir daha hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik"
Daha çox xəbər:
Xırdalan-Bakı arasında sərnişinləri döşəməsi qopmuş avtobus daşıyır
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Sumqayıtda gül adıyla çətənə əkən şəxs saxlanılıb
Bakı metrosunda yenə problem var - Stansiyalarda böyük sıxlıq yaranıb