Sosial
11:26, 25 Eylül 2019

Bakıda qadın ehtiyatsızlıqdan “xlor” içdi

Bakıda qadın ehtiyatsızlıqdan “xlor” içdi
Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1988-ci il təvəllüdlü Əliyeva Ceyhunə Cəbrayıl qızı yaşadığı mənzildə ehtiyatsızlıqdan “xlor” içib.

Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
Digər xəbərlər: