Sosial
12:33, 21 Ekim 2019

Xalq artisti: Homoseksuallar mütləq güllələnməlidir

Xalq artisti: Homoseksuallar mütləq güllələnməlidir
Xalq artisti, tanınmış rejissor-aktyor Əbdül Mahmudov homoseksualların televiziya ekranlarına çıxması ilə bağlı mövzuya münasibət bildirərkən sərt fikir səsləndirib.

O, Modern.az-a açıqlamasında bildirib ki, güllələnmə bərpa olunmalı və belə insanlar mütləq güllələnməlidir:

“Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə, insanlığa zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir.

Bütün bu hallar qərəzdir və təxribatdır. Mən prezidentə müraciətimdə də qeyd etdim ki, ölkədə bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Fransız, alman kişiləri bir-biri ilə evlənirsə, özləri bilərlər. Lakin unutmaq olmaz ki, Tanrı hər bir xalqı fərd olaraq yaradıb, özəllik verib.

Biz də dünyanın ilk mədəniyyət ocaqlarından, sivilizasiya nöqtəsindən biri olaraq əxlaq dəyərlərimizi, özəlliyimizi qorumalı, bu kimi təxribatlardan qaçmalıyıq”.
Digər xəbərlər: