Sosial
Azərbaycanda toy qadağaları başladı
Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi bu gündən qadağan olunur.
Oxu.Az xəbər verir ki, koronavirusa yoluxma riski yüksək olduğundan Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, martın 14-ü saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Toy məclisləri üçün verilən iki günlük güzəşt bu gündən başa çatır.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunub.
Tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.