Sosial
Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi
Baş Dövlət Yol Polis İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat verib.
İdarədən Anew.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1369 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Daha çox xəbər:
Karantin qaydalarını pozan 2 nəfər həbs edildi - FOTO
Bakıda xüsusi karantin rejiminə necə riayət olunur? - VİDEO
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir
DİN xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırıldı