Sosial
16:06, 20 May 2020

Bakıda yeni tikilinin divarı uçdu, üç ailə evsiz qaldı - VİDEO

Bakıda yeni tikilinin divarı uçdu, üç ailə evsiz qaldı - VİDEO
Bakının Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 115 ünvanında yerləşən bina altı ildir ki, qəzalı vəziyyətdədir.

Hazırda binada üç ailə çətin şəraitdə yaşayır.

Belə ki, 2014-cü ildə “Azər Gür” tikinti şirkətinin qonşuluqda inşa etdiyi çoxmərtəbəli binanın divarı uçaraq, bu sakinlərin yaşadığı ikimərtəbəli binanın üzərinə düşüb.

Dağıntılar altında qalan beş ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.

Sakinlər bədbəxt hadisədən sağ çıxsalar da, bina yararsız vəziyyətə düşüb.

Bundan sonra tikinti şirkəti bir ilə yeni tikilən binada zərərçəkmişləri evlə təmin edəcəyi ilə bağlı onlarla müqavilə imzalayıb. Lakin illərdir ki, bu sakinlərin problemlərini həll edən yoxdur.

Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Daha ətraflı Baku TV-nin süjetində:

Digər xəbərlər: