Sosial
“Sərt karantin rejimi davam edəcək” — AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Qeyd edək ki, gündəlik yoluxanların sayı xeyli düşüb. Belə ki 363 nəfər koronavirusa yoluxub, 622 nəfər sağalıb. Yoluxanların sayının yenidən iki rəqəmliyə düşməsi üçün yenidən sərt karantin rejimi bir neçə həftəlik uzadıla bilərmi?
dahilider.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, sərt karantin rejiminin bitməsinə bir neçə gün var: "Son nəticəyə baxıb, Operativ Qərargah qərar verəcək. Sərt karantinin bitməsinə 7 gün vaxt var. Son nəticələr analiz edilərək yumşalmaya gedilib-gedilməyəcəyi barəsində qərar veriləcək. Sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə məlumatlar təhlil ediləcək, son nəticədə vəziyyətə uyğun qərar veriləcək. Bu gün bir söz demək çətindir. Hər şey insanlarımızdan asılı olacaq. İnsanlarımız nə qədər məsuliyyətli olub, qoyulan qaydalara əməl edərsə, normal həyatımıza qayıtmaq da bir o qədər tez olar”.
Daha çox xəbər:
Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək
Deputatdan əhaliyə çağırış: “Karantin rejimini pozmaqla kiminsə qatilinə çevriləcəyik”
Baş redaktordan Operativ Qərargaha ETİRAZ: - “Bu "fərqləndirmə"yə son qoyulmalıdır”
Daha bir sərt QADAĞA
Xoşqədəmlə Doğuş sərt karantin rejimində rayonları necə gəzir?