Sosial
Azərbaycanda internetə məhdudiyyət götürülür
Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.
"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.
Onun sözlərinə görə, ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.
Daha çox xəbər:
"Nəqliyyat sektoru inkişafını davam etdirəcək" - Ramin Quluzadə
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq? - AÇIQLAMA
Moskvada yeni qadağa və məhdudiyyətlər qoyulur
Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Azərbaycanda daha bir yüksək vəzifəyə - TƏYİNAT