Sosial
13:03, 12 Aralık 2020
87
0

SON DƏQİQƏ! Xüsusi karantin rejimində nəqliyyat vasitəsindən istifadə ilə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Xüsusi karantin rejimində nəqliyyat vasitəsindən istifadə ilə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

dahilider.az xəbər verir ki, DİN-nin Mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün icazə almamalıdır.
Qeyd edilib ki, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər:

"Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır”.
Digər xəbərlər: