Sosial
DİN-dən ictimai yerlərdə aşkarlanan koronavirus xəstələri ilə bağlı AÇIQLAMA

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, onlardan səkkizi yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Dörd nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
Daha çox xəbər:

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

DİN-dən karantin postlarında müşahidə olunan vəziyyətlə bağlı AÇIQLAMA

Karantin qaydalarını pozan 2 nəfər həbs edildi - FOTO

24 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkar olunub, 1 nəfər ölüb - TƏCİLİ!

SON DƏQİQƏ: Azərbaycan bu yüksək vəzifəli məmur həbs edildi