Şou
Emin ikiqat yubileyini ailəsi və dostları ilə keçirdi - FOTO
Azərbaycanın Xalq artisti Emin Ağalarov Moskvada bir gündə 2 yubiley qeyd edib.
Oxu.Az xəbər verir ki, əvvəlcə o “Crocus City Hall”da özünün sayca 10-cu solo konsertini verib.
Daha sonra müğənni 500-dən artıq dostunu, qohumunu və həmkarını Ad gününə həsr olunan gecəyə dəvət edib.
Eminin 40 illik yubileyinə Valeriya və həyat yoldaşı İosif Priqojin, Nataşa Korolyova, Leonid Aqutin, Timati, Eqor Krid, Stas Mixaylov, Stiven Siqal və başqaları gəliblər.
Müğənnini həmçinin ailə üzvləri – uşaqları Əli, Mikayıl, Afina, atası Araz Ağalarov, anası İrina Ağalarova və arvadı Alyona Qavrilova da təbrik ediblər.