Şou
“Müharibə başlasa, mən də, xanımım da, oğlanlarım da...” – Nadir Qafarzadə
İyulun 12-dən Tovuz rayonu istiqamətində Ermənistanın təxribata əl atması nəticəsində başlayan döyüşlər fasilələrlə davam edir.
Yenisabah.az populyar müğənni Nadir Qafarzadə ilə bu mövzuda müsahibəni təqdim edir:
- Nadir bəy, cəbhədə baş verən hadisələri izləyirsinizmi? Düşmənin Tovuzda törətdiyi təxribatlardan xəbəriniz varmı?
- Təbii ki. Mən siyasi xadim, hərbçi deyiləm, bu məsələləri onlar daha yaxşı bilər. Amma bu gün sosial şəbəkələrdə o qədər yalan informasiyalar var ki... Hətta telekanallarımızda da var. Əgər bu gün xəbərlər proqramında qeyri-peşəkar xəbərlər gedirsə, nə demək olar? İnsanlar çaşqınlıq içərisindədir, bilmirsən kimə inanasan. Bilmirsən kim düz deyir, kim yalan. “İnstagram” səhifələri isə ümumiyyətlə qeyri-peşəkar çalışırlar. Biz də bu gün çaşqınlıq içərisində qalmışıq. İnformasiyanı kim verməlidir - xəbərlər proqramı, saytlar. Onların da bəziləri çox çaşqınlıq yaradırlar. Artıq o dərəcəyə gəlib çatıb ki, hətta düzgün xəbərə də inamın qalmır. Fikirləşirsən ki, axı bu dünən yalan yazmışdı, bu gün yazdığına necə inanım? O üzdən insanlar qalıblar belə, bilmirlər nə etsinlər. Çox biabırçı haldır, bilmirik cəbhədəkilərin dərdini çəkək, yoxsa bu yalançı xəbərlərdən əsəblərimizi qoruyaq, yoxsa pandemiya ilə mübarizə aparaq. Aləm dəyib bir-birinə. İiçimizdə o qədər düşmənlər var ki, öz içimizdə bizə qarşı qalxanlar var, birinci onlardan təmizlənməliyik. Çünki ağacı qurd içərisindən yeyər deyirlər. Amma ordumuzun şəksiz üstünlüyə malik olmağından xəbərimiz var. Düşmənə hər gün sarsıdıcı zərbələr vurulur.
- Cəmiyyətdə müharibə çağırışları getdikcə artır. Necə düşünürsünüz, düşmənin cavabımı döyüş meydanında verməyin vaxtı çatıbmı?
- Mən müharibə tərəfdarı deyiləm.
- Niyə belə düşünürsünüz?
- Kim istəyər ki, bu qədər qan tökülsün, bu qədər vətən övladı, atalar, analar gözüyaşlı qalsın? Uşaqlar yetim qalsın? Müharibə istəmirəm, bu mümkün deyil. Fikrimcə, erməni milləti, xalqı düşünməlidir ki, bu qədər qan tökmək artıq yetər. Biz həyatda hələ xoş gün görməyən cavanlarımızı itiririk, başa düşürsünüzmü? Bu qədər ailələrin sahibsiz, övladların atasız qalması nə deməkdir? Nə düşünürlər? Bu nə deməkdir axı?! Erməni hakimiyyəti nə düşünür? Əgər bizdən şəhidlər varsa, onlardan da qırılanlar var. Onlar özləri ikiqat qırılır. Mən düşünürəm ki, heç erməni xalqı da müharibə olmasını istəmir. Onlar hazırda erməni dövlətinə qarşı piketlər keçirirlər, müharibənin saxlanılmasını, torpaqların qaytarılmasını istəyirlər. Çünki torpaqlar doğurdan da öz sahibinə qaytarılmalıdır. Artıq yetər! Bu qədər qan tökmək olmaz, mən danışdıqca həyəcandan dilim də topuq vurur, dözmək olmur. Bu bitməlidir. Son günlər fikir verirəm ki, kişilər, hətta qadınlar da ayağa qalxıb, kim bacarırsa döyüşə getmək fikrindədir. Amma döyüş olmasın, bu qədər qan yetər. Mahnıda da deyildiyi kimi “Sülhə gəlin, ey insanlar”. Mən yüzdə yüz məsələnin danışıq yolu ilə həll olunmasının, torpaqların qaytarılmasının tərəfdarıyam. Müharibəyə yox deyirəm. Və mənim kimi milyonlarla insan müharibəyə yox deyir. Müharibədə yalnız itkilər var, hər iki tərəfdən də.
- Nadir bəy, dünəndən bəri minlərlə sıravi vətəndaşlarla yanaşı bir çox məşhurlar da vətəni qorumaq üçün könüllü hərbi xidmətdə olmaq üçün qeydiyyatdan keçirlər. Əgər səfərbərlik elan olunsa, getməyə hazırsınızmı?
- Mən özüm də hərbçi olmuşam. 1989-90-cı illərdə vuruşmuşam, əsgərlikdə olmuşam. Qardaşım xəsarət alıb, biz indi də o dərdi çəkirik, Ağdamda gedən döyüşlərdə olub, artıq ruhi xəstədir, “kantuziya” alıb. Əmimoğlu ilk şəhidlərdən biri olub, Sumqayıt şəhidlər xiyabanında dəfn olunub – Qafarov Müşfiq Aydın oğlu. Bilənlər bilir. Bizim əhatəmizdə çox adamlar var ki, getmişik də, vuruşmuşuq da. Və bu gün də gedərik. Hətta nəinki mən, mənim həyat yoldaşım da. Həyat yoldaşım tibb bacısıdır, hərbi bileti var. Əgər bu gün səfərbərlik elan olunarsa, biz hamımız bir nəfər kimi gedəcəyik. Mən də, oğlanlarım da, həyat yoldaşım da. Kimin ki, əli silah tuta bilir, heç silah tuta bilməsə belə, cəbhədə hansısa yararlı bir iş görə bilərsə, könüllü surətdə cəbhəyə yollanacaq. Hər şey Vətən üçün, hər şey Qarabağ üçün deyərək yollanacaq. Mənim fikrimcə belə olacaq, normal insan belə düşünür.
Sonda isə mətbuat işçilərinə səslənmək istəyirəm, əziz media orqanları, jurnalistlər, sizdən rica edirəm, acizanə surətdə hətta yalvarıram sizə ki, düzgün informasiyalar yayın. Başqa ölkələrin müharibəsindən görüntüləri yayırlar ki, cəhbədə vəziyyət belədir. Bir də görürsən hansısa sənədli filmdən kadrları yayımlayırlar. Belə etməyin, insanlara yazığınız gəlsin.

Daha çox xəbər:
DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi - RƏSMİ
Sevda haqqda çıxan xəbərlər yalandır...
Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO
"Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq"
Kim maska tapa bilmirsə, amma cərimələnirsə... DİN-dən AÇIQLAMA