Şou
Röya Nailə Mirməmmədlinin ölümündən danışdı: "Ürəyi dözmədi"
Sənət adamları Mirməmmədlinin evinə yollanıb. Onlar arasında Xalq artisti Röya Ayxan da yer alıb.
"Hər gün danışırdıq. Mənə deyirdi ki, pis olma, unudulacaq".
dahilider.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan bu gün dünyasını dəyişən bəstəkar Nailə Mirməmmədli haqda danışarkən deyib.
"Elgizlə izlə" proqramına telefonla bağlanan müğənni göz yaşlarını saxlaya bilməyib:
"Gəlini və qızı ilə məscidə aparırıq. Bilmirəm nə deyim. Hər gün görüntülü danışırdıq. Deyirdi, möhkəm ol. Özünün ürəyi dözmürmüş. Hamıya qol-qanad gəlirdi, öz ürəyi partladı".
Qeyd edək ki, yaxınları onun infarkt keçirdiyini deyib.
Daha çox xəbər: