Şou
12:30, 07 May 2019

İki ölkə arasında “Eurovision” qalmaqalı




Moldovanın “Eurovision” təmsilçisi Anna Odobescunun məşqlərdəki çıxışı tənqidlərə məruz qalıb.

Buna səbəb sənətçinin Ukraynanın 2011-ci ildəki səhnə şousunu təkrarlamasıdır. Belə ki, Anna “Stay” mahnısı oxuyarkən arxada böyük ekranda qum sənəti nümayiş etdirilib.

Bu Mika Nyutonun “Angel” performansının eynisidir. Mika mövzu barədə açıqlama yayaraq Moldova təşkilat komitəsini tənqid edib:

“Moldova 2011-dəki səhnə şoumun eynisindən istifadə edib. Hər şey gülməli görünür. Kaş ki, fərqli fikirləri olardı. Mənim səhnəmi istifadə etdikləri üçün də xoşbəxtəm”.
Digər xəbərlər: