Şou
Müğənni Doğuşun menecerindən azərbaycanlı iş adamlarına TƏRS SİLLƏ — FOTO
Türkiyəli tanınmış müğənni Doğuşun meneceri İrfan bəy Azərbaycandan ona müraciət etmiş Xatirə adlı qadının evini sökdürərək təzədən tikdirib.
beş.az "Ölkə.Az"a istinadən məlumatına görə, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində qonaq olan İrfan bəybildirib ki, qadın ona sosial şəbəkə vasitəsilə müraciət edib:
"Sosial şəbəkədə bir qadın mənə yazdı ki, Xoşqədəm xanımla, yaxud Doğuş bəylə əlaqə yaratmaq istəyirəm. Məlum oldu ki, çox çətin şəraitdə yaşayır. Mən də həmin ərəfədə İtaliyaya tətilə gedəcəkdim. Evin fotolarını istədim, sonra bu verilişini əməkdaşları araşdırdılar və aydın oldu ki, qadının mənzili doğrudan da qəzalı vəziyyətdədir. İtaliya tətilimi təxirə saldım və həmin vəsaitlə bu evi tikdik. Bu evdə xoş günlər keçirməyinizi arzu edirəm".
Qadın isə bildirib ki, indiyədək heç vaxt normal mənzildə yaşamayıb:
"Mənim heç vaxt mətbəxim olmayıb. hələ də inana bilmirəm".
Xoşqədəm Hidayətqızı isə İrfan bəyin elə də yüksək maddi imkanlara sahib olmadığını bildirib. Hər halda türk menecerin bu addımını Azərbaycanın bəzi iş adamlarına tərs sillə kimi də qiymətləndirmək olar.
Daha çox xəbər:
Hicablı qadının bu görüntüləri hər kəsin hiddətinə səbəb oldu - video
Azərbaycanda ana oğlunu xilas etmək üçün qara ciyərini satışa çıxardı - FOTO
Bakıda it qadını sürüdü..
Bakıda gizli eşq qadının başına BƏLA OLDU
Qadın müəllim 10 yaşlı şagirdi ilə intim münasibətdə oldu - 1 ildir ki, sevgiliymişlər - FOTO