Şou
15:55, 09 May 2019

Həbsdən çıxan prodüser Təranədən ŞOK SÖZLƏR: "Məni axtarmayın, çünki..." - FOTO

Həbsdən çıxan prodüser Təranədən ŞOK SÖZLƏR: "Məni axtarmayın, çünki..." - FOTO



Azadlığa çıxan prodüser Təranə Səmədova səssizliyini pozub.

bEŞ.AZ xəbər verir ki, o, üzünü saxta "dostlar"a tutaraq giley edib:

"Əslində deyiləcək sözüm bəlkə də çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi. Ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni bu cür səbrlə, sevgiylə tək buraxmadıqlarına görə çox böyük təşəkkür edirəm. Bir d bu müddət mənə bir şeyi də anlatdı: dostu düşməndən ayırmağı bildim. Həqiqi dostlarım kim imiş, özünü dost kimi qələmə verib əslində saxtakarlıq edənlər kimlər imiş. Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam. Amma elə buradan da saxta "dostlar"a deyirəm, boş-boşuna özünüzü yorub məni axtarmayın. Bir şeyi də qeyd edirəm, istər öz səhifəmdə, istərsə də başqa səhifələrdə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəyəm".

Qeyd edək ki, T.Səmədova qadın alverinə görə həbs edilmişdi.

Həbsdən çıxan prodüser Təranədən ŞOK SÖZLƏR: "Məni axtarmayın, çünki..." - FOTO
Digər xəbərlər: