Təhsil
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindən yayılan məlumatlara münasibət bildirildi admin
Xatırladaq ki, 03.10.2025-ci il tarixdə Aktualinfo.org xəbər portalı “Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb – Əliağa Kərimov da sabiq direktor kimi…” başlıqlı məqalə yaymışdır. Məqalə Aktualinfo.org xəbər portalının elektron poçtuna daxil olmuş müraciət əsasında hazırlanmış və olduğu kimi yayımlanmışdır.
Müraciətdə adı hallanan şəxs, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru Əliağa Kərimov tərəfindən məqalədə göstərilənlərə münanasibət bildirilmişdir. Təhsil Mərkəzinin direktoru tərəfindən redaksiyamızın elektron poçtuna ünvanlanmış məktubda deyilir:
Son günlər mediada Aktualinfo.org xəbər portalına istinadla yayılmış məlumatlara cavab olaraq rəsmi qaydada bildiririk ki, məqalədə nə dərs günü nə də cədvəlin hazır olmadığı iddia edilir. Qeyd edək ki, bunlar iddia olunduğu kimi deyil və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs cədvəli vaxtında hazır olmuşdur. Mərkəzdə dərs yükü artıq olması üçün müəllimlərdən rüşvətdən alınmasından söhbət gedə bilməz.
Nəzərinizə çatdırım ki, müəllimlərin işə qəbulu müsabiqəsi iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Hər il Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsindən və test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqust tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən ixtisas fənn müəllimi və istehsalat təlimi ustası üzrə test imtahanında müəyyən edilmiş balı toplamış və daha yüksək nəticə göstərən müllimlər qəbul olunur. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməyən müəllimlərin Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində işə qəbul olunması tamamilə yanlış məlumatdır.
Bundan əlavə nəzərinizə çatdırırıq ki, Mərkəzdə bütün sənədləşmə işləri qanunvericiliyin tələblərinə uyğun olaraq aparılır və bu zaman heç bir ayrıseçkiliyə yol verilmir.
Sonda xüsusilə vurğulamaq istərdik ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi barədə yayılmış bu məlumatların heç biri həqiqəti əks etdirmir. Bu məlumatlar Peşə Təhsil Mərkəzində istədiklərinə nail ola bilməyən bəzi şəxslərin qərəzli, yalanlarla dolu uydurmalarından başqa bir şey deyildir. Bu məlumatları dəqiqləşdirmək üçün istənilən obyektiv mətbuat orqanı mənim iştirakım olmadan gəlib yerində, kollektiv arasında sorğu da keçirə bilər, araşdırma da apara bilər.
Sonda xüsusilə vurğulamaq istərdim ki, uzun müddətdir peşə təhsili sahəsində çalışıram. Həmişə işimə vicdanla yanaşmış və mənə tapşırılan işi layiqincə yerinə yetirmişəm. Bundan sonra da Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacam.
Aktualinfo.org
Daha çox xəbər:
Bu il elektron sistemlə neçə şagirdin yerdəyişməsi aparılıb? - RƏSMİ
Bakıda bəzi məktəblər altı günlük qrafikə keçdi
Nərmin Qaralovanın 67 müəllimi işdən çıxarması məsələsinə REAKSİYA
Tədris olunmayan dərs saatları tətil hesabına bərpa ediləcək - RƏSMİ
Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin sayı AÇIQLANDI - RƏSMİ
