---
Vətəndaşlara çağırış: Eyvanlardan bayraq asaq
Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.
Buna görə də, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Artıq bir neçə gündür ki ölkədə Anım Gününə hazırlıqlar gedir. Paytaxtın bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədi ilə eyvanlardan bayraqlar asılır.
Vətəndaşlarımızı da bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs müharibə dövründə olduğu kimi, eyvanından bayraq asaraq həmrəylik nümayiş etdirə bilər.
Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Daha çox xəbər:
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq
İsveçdə şəhidlərimiz yad edilib
Ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinə göstərilən diqqət və qayğı qürurvericidir - ADPU tələbəsi yazır...