Cəmiyyət
21:49, 27 Aralık 2019
102
0

Azərbaycanda bıçaqlanan polis rəisi ilə bağlı AÇIQLAMA

Azərbaycanda bıçaqlanan polis rəisi ilə bağlı AÇIQLAMA
Tərtərdə bıçaqlanan polis rəisinin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə Oxu.Az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, Tərtər Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Aslanov Elçin İslam oğlu dünən gecə saatlarında əməliyyat olunub:

"Qarın boşluğuna nüfuz edən yaralarla xəstəxanaya daxil olub. Gecə saatlarıda əməliyyata alınıb. Hazırda reanimasiya şəraitində, həkim nəzarətində saxlanılır.
Vəziyyəti aparılan cərrahi əməliyyata uyğundur. Hələlik vəziyyəti ağır-stabil olaraq qalır. Heç bir ağırlaşma təhlükəsiz yoxdur”.

Qeyd edək ki, dekabrın 26-da saat 19:00 radələrində Buruc kəndində Nəcəfovlar ailəsində münaqişə baş verib. 1973-cü il təvəllüdlü işsiz Nəcəfov Ceyhun Mürşüd oğlu içkili vəziyyətdə qardaşı Ariflə dalaşıb. Hadisə barədə polisə məlumat verilib, bununla əlaqədar Elçin Aslanov hadisə yerinə gedib.

Polis əməkdaşı hadisə yerinə Ceyhun Nəcəfov qardaşını bıçaqla vurmağa hazırlaşan zaman çatıb. Asayiş keşikçisi qəzəbli kişini zərərsizləşdirməyə çalışsa da, bu vaxt özü hücuma məruz qalıb. C.Nəcəfov polis əməkdaşına beş bıçaq zərbəsi vurub. Onlardan dördü qarın nayihəsinə vurulub, ikisi daxilə nüfuz edib.
Digər xəbərlər: