Cəmiyyət
11:21, 30 Ocak 2020

Azərbaycanda məsciddən qəribə oğurluq: “Qurani Kərim” oğurlandı

Azərbaycanda məsciddən qəribə oğurluq: “Qurani Kərim” oğurlandı
Gəncə şəhərində məsciddən oğurluq olub.
Şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib. Məlumata görə, məsciddən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.

Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Aran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir. (Report)
Digər xəbərlər: