Cəmiyyət
BDU-nun tələbəsi koronovirus şübhəsi ilə karantinə alındı
"Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb".
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:
“Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.
C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.(oxu.az)
Daha çox xəbər:
Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi ilə bağlı VACİB QƏRAR
Koronovirus Azərbaycan iqtisadiyyatına ziyan vuracaq
Yeni virusun Azərbaycan üçün TƏHLÜKƏSİ - MÜSAHİBƏ
İqtisadçı: “Koronovirus hər gün Azərbaycana ən az 4 milyon dollar ziyan vurur”
Koronavirusun yayıldığı bölgədən azərbaycanlıları Türkiyə təxliyə edəcək