Cəmiyyət
ŞƏT missiyası Azərbaycanda işə başladı
Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Müşahidəçilər Missiyası fevralın 3-dən etibarən Azərbaycanda parlament seçkilərinə nəzarət etmək üçün işə başlayıb. Bizimyol.info-nun məlumatına görə, missiyaya ŞƏT-in baş katibinin müavini Ş. Conon rəhbərlik edir.
Missiyanın tərkibinə ŞƏT-ə üzv dövlətlərin qanunverici, icraedici, seçki orqanlarının nümayəndələri, həmçinin məsul şəxslər daxil edilib.
Missiya üzvləri Bakıda, Aberon yarımadasında, Sumqayıt və Şirvanda seçki məntəqlərində seçki proseslərini müşahidə edəcəklər. Missiyanın işi seçki məntəqələrinin seçkiyə hazırlıq səviyyəsi, seçicilərin səsvermədə iştirak səviyyəsi, səsvermənin şəffaflığı, seçkiqabağı kampaniyanın təşkili, səslərin hesablanması, sorğuların keçirilməsi, namizədlərin aktivliyi kimi məsələlərin təhlilindən ibarət olacaq.
ŞƏT missiyası fevralın 3-dən 10-na qədər Azərbaycanda fəaliyyət göstərəcək.
Daha çox xəbər:
Seçkiləri izləmək üçün AŞPA nümayəndə heyəti gələcək
MSK DSK-nın qərarını ləğv etdi - Seçki dairəsi xüsusi nəzarətə götürüldü
Azərbaycanda mitinq və görüşlərin keçirilməsi üçün yerlər müəyyənləşdi - SİYAHI
“Bizə məxsus olan efiri bizə satmaq istəyirlər”- SORĞU
Bahar Muradova: "YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"