Cəmiyyət
Bakıda sürücülərə vacib XƏBƏRDARLIQ - Sürət həddi endirilib
Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bakı Nəqliyyat Agentliyindən Anews.az-a verilən məlumata görə, elektron məlumat tablolarında "duman” işarəsi qoyulub.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.