Sosial
15:29, 09 Ocak 2020
118
0

Hava limanının avtobuslarının xəttində dəyişikliklər olub

Hava limanının avtobuslarının xəttində dəyişikliklər olub
H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb:

“Belə ki, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib.

Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib”.
Digər xəbərlər: