Cəmiyyət
18:18, 15 Nisan 2020
101
0

Elmlər Akademiyasının iki üzvü vəfat edib

Elmlər Akademiyasının iki üzvü vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki müxbir üzvü vəfat edib.
Bizimyol.info xəbər verir ki, bu badədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, görkəmli geoloq alim, professor Kərim Kərimov 87 yaşında, görkəmli iqtisadçı alim, professor Əli Nuriyev isə 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 15-də 87 yaşında vəfat edib.

Kərim Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olub.
Qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssis, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev aprelin 14-də ömrünün 91-ci ilində dünyasını dəyişib.

Əli Nəcəfqulu oğlu Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
Digər xəbərlər: