Cəmiyyət
Baş redaktorun cəzası azaldıldı
Dünən Ali Məhkəmə Teref.info saytının baş redaktorunun şikayətinə baxıb.
Teref.info saytının baş redaktoru İsmayılov Nurəddin (Xoca) Abbas oğlunun AR CM-nin 281.1,309.2 və 313 -cü maddələrlə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cü il tarixli qərarından məhkumun müdafiəçisi vəkil Elçin Sadıxovun verdiyi kassasiya şikayətinə AR Ali Məhkəməsində baxılıb və qərar elan edilib.
Nurəddin bəyin dediyinə görə qərara görə 281.2 maddəsi onun üstündən götürülüb.309.2 maddəsi 309.1-ə tövs edilib və 313 maddə saxlanılaraq, 5.6 ay olan işindən 2il 6 ay çıxılıb.
Beləliklə Nurəddin bəy 3 il həbs cəzasına məhkum edilib, lakin cəza 2 il sınaq müddətinə ertələnib.
Daha çox xəbər:
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Ali Məhkəmədən İlqar Məmmədovla bağlı QƏRAR - BƏRAƏT VERİLDİ
Çay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat
Bakıda tanışını döyərək öldürən keçmiş məhkumla bağlı qərar çıxarıldı
Külli miqdarda dələduzluqda ittiham olunan bəraət alıb