Cəmiyyət
Koronaviruslu xəstənin "Semaşko"dan yaydığı video ilə bağlı - TƏBİB-dən AÇIQLAMA
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkələrdə "Semaşko" kimi tanınan xəstəxanaya yerləşdirilən koronaviruslu xəstənin yaydığı videodan danışıb.
Qurum rəsmisi "BakuPost"a 1 saylı Kliniki Tibbi Mərkəzdə çəkilən görüntülər barədə açıqlama verib. O sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparacaqlarını bildirib.
Xatırladaq ki, ötən gün yayılan görüntülərdə adıçəkilən xəstəxanaya yerləşdiirlən xəstələrdən biri həkimlərin virus daşıyıcılarına nəzarət etmədiklərini, qızdırmasının qalxmasına baxmayaraq lazımi dərman və iynə ilə təhciz edilmədiklərini bildirmişdi. Xəstənin sözlərinə görə, hətta tibb bacıları da xüsusi geyimlərdə xidmət göstərmirlər. Bu isə onların virusu yaymasına yol aça bilər.
Son məlumata görə, Azərbaycanda COVID-19-a yoluxan 12 729 nəfərdən 154-ü həyatını itirib, 6 799-u sağalıb. Ötən gün növbəti antirekord qeydə alınıb və ölkə ərazisində 471 nəfərin testi müsbət nəticə verib.
Daha çox xəbər:
Azərbaycanda koronaviruslu xəstələrə hansı halda dərman verilir? - TƏBİB AÇIQLADI
Videosu yayılan 27 yaşlı tibb bacısını maşın vurub öldürdü - VİDEO
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO
Bağırzadənin ailəsi korona testindən keçməyib? - Açıqlama