Cəmiyyət
17:25, 22 Haziran 2020

Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - RƏSMİ

Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - RƏSMİ
“İyunun 21-də, saat 00:00-dan sonra Bakı istiqamətinə giriş və çıxış üçün hərəkət edən 900-dən çox avtomobil geri qaytarılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, postlarda yoxlama zamanı paytaxtdan rayonlara getmək istəyən 350 avtomobil geri qaytarılıb:

“Eyni zamanda, rayondan Bakıya gələn 550 avtomobil də geri qaytarılıb”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun, saat 00:00-dan 5 iyul, saat 06:00-dək davam edəcək.

K.Əliyev qeyd edib ki, sərt karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq, 1 440 nəfər, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğu üçün isə 132 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Digər xəbərlər: