Cəmiyyət
17:36, 30 Haziran 2020

Azərbaycanda şirkət direktoru axtarışa verilib - SƏBƏB

Azərbaycanda şirkət direktoru axtarışa verilib - SƏBƏB
Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

APA-nın xəbərinə görə, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
Digər xəbərlər: