Cəmiyyət
14:58, 13 Temmuz 2020

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyyə edilir

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyyə edilir
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyyə edilir.

APA xəbər verir ki, təxliyyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır.

Onlar saat 10:00-da buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində PCR testindən keçirilib və onların heç birində COVID-19 virusu aşkarlanmayıb.

Təxliyyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.
Digər xəbərlər: