Cəmiyyət
“6 aylıq oğlunu heç 15 gün qucağına ala bilmədi” -Şəhid atası danışdı-VİDEO
Ötən gün Tovuz istiqamətində şəhid olan baş əsgər Elşad Məmmədovun atası oğlu ilə bağlı danışıb.
"Qafqazinfo”nun məlumatına görə, şəhidin atası Dönməz Məmmədov dəfn mərasimində bildirib ki, oğlu Vətən yolunda şəhid olub: "Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar.
Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.
Daha çox xəbər:
Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı” - FOTO
Şəhidlərimizin sayı 3 oldu
Cəsədi yandırılan Nərminin atası danışdı: “Qızımın yanan cəsədini...”
Azərbaycanda dəhşətli qəzada ölən hərbçilərdən biri şəhid oğlu imiş - FOTO
Azərbaycanda ana oğlunu xilas etmək üçün qara ciyərini satışa çıxardı - FOTO