Cəmiyyət
“Yaxın zamanda bir neçə rayon ordumuz tərəfindən geri alınacaq” - GƏLİŞMƏ
“Türkiyə və Azərbaycan arasında hərbi təlimlər və Ankaranın Suriya və Liviyanın ardından Azərbaycandakı fəallığı Rusiya və İranı da rəsmi Bakının maraqlarına biganə yanaşmamağa gətirib çıxaracaq”.
Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi təlimlər onu göstərir ki, yaxın zamanda işğal altında olan bir neçə rayon ordumuz tərəfindən geri alınacaq.
“Bu təlimlərdə Türkiyə ən müasir silahlarını bizim hərbçilərlə bölüşdü. Təbii ki, son zamanlar Ermənistanın ən çox arxalandığı SU-30 a qarşı F-16 ların Azərbaycana gətirilməsi İrəvan üçün gözdağı olan silahlardan biridir. F-16 Su-30-dan dəfələrlə güclüdür. Yeri gəlmişkən, hal-hazırda Moskva Ankaranın marağını nəzərə almaya bilməz. Yaxın vaxtlarda bir neçə ətraf rayonun ordumuz tərəfindən alınması xəbərini eşidə bilərik”, – deyə Zaur Məmmədov bildirib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli – Madrid prinsipləri, münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.
Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır:
Ağdam rayonu
Füzuli rayonu
Cəbrayıl rayonu
Zəngilan rayonu
Qubadlı rayonu
Laçın rayonunun 13 kəndi.
Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.
Daha çox xəbər:
Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq
Azərbaycanın Dağlıq Qarabağda yerləşən bütün obyektləri atəş altına almaq imkanı var - GƏLİŞMƏ
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - RƏSMİ
Türkiyənin artilleriya qüvvələri Suriya ordusuna zərbə endirdi