Dünya
13:22, 05 Eylül 2019
100
0

Sabiq prezidentinin həyat yoldaşı 58 il müddətinə həbs olunub

Sabiq prezidentinin həyat yoldaşı 58 il müddətinə həbs olunub
Honduras məhkəməsi çərşənbə günü keçmiş ölkə prezidenti Porfirio Lobonun həyat yoldaşı Roza Helena Bonillanı 58 il müddətinə həbs cəzasına məhkum edib.

TASS xəbər verir ki, bu barədə “Reuters” Respublika Ali Məhkəməsinin nümayəndəsi Karlos Silvanın bəyanatına istinadən məlumat yayıb.

“Keçmiş birinci xanım Roza Elena Bonilla, vəsaitin mənimsənilməsi və fırıldaqçılıq cinayətlərinə görə 58 il həbs cəzasına məhkum edildi”, – deyə Silva bildirib.

52 yaşlı Bonillanın vəkili müvəkkilinin günahsız olduğunu və Ali Məhkəməyə apelyasiya şikayətinin veriləcəyini deyib.

Sabiq prezidentin xanımı 2018-ci il fevralın sonunda tutulub. Honduras prokurorluğu onu müxtəlif sosial proqramların icrası üçün nəzərdə tutulmuş 700 min dollardan çox pulu mənimsəməkdə ittiham edib.
Digər xəbərlər: