Dünya
Boltondan sonra administrasiyanın üç işçisi də istefa verdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra administrasiyanın üç işçisi də istefa ərizəsi yazıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki, milli təhlükəsizlik üzrə köməkçinin rabitə direktoru Sara Tinsli və Boltonun gündəlik planlaşdırılmasını həyata keçirən Kristin Samuelyan istefa verib.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib.
Daha çox xəbər:

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Ermənistan hökumətində böhran - Nazirlər istefa vermək istəyir

Gürcüstanın Baş naziri bu gün istefa verə bilər

İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilib